Sabah saat 08:00-dan avqustun 29-u saat 20:00–a qədər Bakının Yasamal rayonunun Tbilisi prospektində (Şəfayət Mehdiyev küçəsindən Abbasqulu Ağa Bakıxanov küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentlik, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə edib.