Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını formalaşdıraq.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
“Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata keçirək. Bu məsələlər vaxt aparan məsələdir. Müəyyən dövlət orqanları ilə razılaşdırmalara da ehtiyac var”, - o qeyd edib.