ABŞ-da dəhşət: Harvard morqunda bədən parçaları satılıb

Harvard Tibb Fakültəsinin morqunda çalışan Cedric Lodge, Harvarda bağışlanmış kadavraların beyin, üz, dəri və əl kimi bədən hissələrini Pensilvaniya və digər ştatlardakı alıcılara minlərlə dollara satıb. Həyat yoldaşı Denise Lodge da ona kömək edib.

Sherg.az xəbər verir ki, Federal prokurorlar hadisəni “son dərəcə dəhşətli” adlandırıb. Lodge 28 il morq rəhbəri olmuş və 2018–2020-ci illərdə bu işdən böyük gəlir əldə etmişdir. Hadisə ortaya çıxandan sonra Harvard beş ay müddətinə bağışlanan bədənlərin istifadəsini dayandırıb.