Premyer Liqa: “Sabah” “Qarabağ”ı məğlub edərək liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasının I turunun təxirə salınmış “Sabah” - “Qarabağ” oyunu keçirilib.

Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan görüş “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi matçda hesabı 9-cu dəqiqədə qonaqların futbolçusu Leandro Andrade açıb.

Masazır təmsilçisi əvvəlcə 52-ci dəqiqədə Coy-Lens Mikelsin qolu ilə hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Aaron Maluda komandasına qələbə gətirən qolun müəllifi olub.

Bununla da “Sabah” xallarının sayını 35-ə çatdıraraq liderliyə yüksəlib. “Qarabağ” 34 xalla ikincidir.