Türkiyə Kuboku: “Qalatasaray” çətin qələbə qazanıb

Türkiyə Kubokunun A qrupunda növbəti qarşılaşma baş tutub.

Apasport.az xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Başakşəhər”i qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunun taleyini bir qol həll edib. Ahmet Kutucunun 22-ci dəqiqədə vurduğu qolla “sarı-qırmızılılar” 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Qalatasaray” qrupda növbəti oyununu səfərdə “Fethiyespor”a qarşı keçirəcək.