ABŞ Rusiyaya qarşı bəzi sanksiyaları ləğv edib

ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində 7 hüquqi və 2 fiziki şəxsi məhdudiyyətlər siyahısından çıxarıb.

Sherg.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında deyilir. İstisna edilənlərin hamısı Rusiya ilə əlaqəli subyektlərdir.