ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun administrasiyası Venesuelada narkokartellərlə əlaqəli olan yerüstü hədəflərə mümkün zərbələr endirmək üçün Konqresdən icazə almağa borclu deyil.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən danışıb.
O bildirib ki, istəsə, Konqresi məlumatlandıra bilər, lakin icazə almaq məcburiyyətində deyil.
“Mən sadəcə ümid edirəm ki, onlardan məlumat sızması olmaz”, - deyə o bildirib. Tramp ABŞ siyasətçilərinin tez-tez belə hallara yol verdiyini vurğulayıb.
“Amma mənim üçün bunu etmək problem deyil”,- Tramp Konqresdən rəsmi icazə istəmək imkanına toxunaraq əlavə edib.