Zelenski Polşaya səfər etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Anjey Navrotski ilə görüşmək üçün Varşavaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Strana.UA" saytı məlumat yayıb.

Bu, Zelenskinin yeni prezident Navrotskinin seçkilərdə qalib gəlməsindən bəri Polşaya ilk səfəridir.

"Varşavadan gələn dəvət əsasında Polşaya səfər edirəm. Bütün vacib məsələləri müzakirə edəcəyik", - deyə Zelenski bildirib.

Dekabrın 16-da Navrotski Ukrayna prezidentini tənqid etmişdi və Kiyevin Varşavanın dəstəyini qəbul etmədiyini bildirmişdi. Bununla belə Polşa lideri Ukraynanı dəstəkləməyə davam edəcəyini, lakin münasibətlərin bərabər əsasda qurulmalı olduğunu vurğulayıb.