İsrail səfiri Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib


İsrailin ölkəmizdəki səfiri Corc Dik Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.

“Report” xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb.

“Allah rəhmət eləsin”, - səfir sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə dünən dünyasını dəyişib.

Daha əvvəl İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib. "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?", - səfir sosial şəbəkə hesabında qeyd edib. Bundan sonra bir sıra ictimai fəallar, tanınmış şəxslər sosial şəbəkə hesablarında "Təbrizin sehrli nağılları" ilə bağlı paylaşımlar edirlər.