Azərbaycanda “Google”da ən çox hansı saytlar axtarılıb? - Məlum oldu!

2021-2022-ci illərdə Azərbaycanda “Google”da ən çox porno saytları axtarılıb.
"Sherg.az" xəbər verir ki, axtarış siyahısında ikinci yerdə isə “Google”un pulsuz tərcümə sistemi - “google translate” dayanır. İllik axtarış siyahısı göstərir ki, ölkədə mərc saytlarına da maraq kifayət qədərdir.
Similarweb.com-un araşdırmasına görə, cari ilin iyun ayınadək dünyada da oxşar tendensiyalar olub. “Google”da 481.5 milyon dəfə axtarılan “youtube” siyahıda liderdir. “Pornhub” sözü isə 204.3 milyon dəfə axtarılaraq, dördüncü pillədədir.
Mənbə: Metrix.az