Qərib Babayev: "İndi kişilər botoks etdirib, qaş aldırır, lazer epilyasiyasından istifadə edirlər"
"Azca sağlamlığa zərər verməyən köklük, qarındakı yağlanma, saçların tökülməsi - keçəllik müəyyən yaşdan sonra mübarizə aparılası, utanılası bir şey olmamalıdır. Hər kəs gur, qapqara saçlı, sıfır yağ bədənli olmaq məcburiyyətində deyil".
ssBu sözləri aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb. O, plastik əməliyyat etdirənləri tənqid edib:
"Saç əkdirmək, boyatmaq, bədən şəkilləndirmək təbiətimizə zidd olduğu kimi, individuallığımızı da əlimizdən alır. Artıq hər kəs bir-birinin kopyası olmağa başlayıb. Gənc və sağlam qalmaq hər zaman əsas hədəfimiz olmalıdır. Amma buna sağlam həyat tərzi sürməklə nail olmalıyıq, özümüzü büt edib, sitayiş etməklə yox. Kim deyib ki, normal həddə kilolu olmaq çirkinlikdi? Kim deyib ki, seyrək saçlı, keçəl olmaq yaxşı deyil? Normal kişi gigiyenası yerində, səliqəli, təmiz geyimdə, ən əsası da işində-gücündə oldumu bəsdir. Məncə...".
Sosioloq Qərib Babayevin sözlərinə görə, indi kişilər sadəcə saç əkdirib, saç boyatmır. Bəzi kişilər lazer epilyasiyasından istifadə edir, manikür-pedikür edib qaş-üz aldırır. Hesab edirəm ki, bununla bağlı konkret maarifçilik tədbirləri keçirilməlidir: “Azərbaycan kimi ölkələrdə bu kimi halların mövcud olması xoşagələn deyil. Səhnəyə çıxan kişilərin əksəriyyəti üz-qaş aldırıb, botoks etdirir, qaşlarını qaldırırlar, saç rənglədirlər. Gənclər də onlara baxıb pis örnək götürür. Vaxtında onlara qarşı ictimai qınaq olsaydı, proses bu həddə çatmazdı. Təəssüf ki, bizdə ictimai qınaq çox zəifdir. Oğlanlar arasında qaş aldıranların, epilyasiyadan istifadə edənlərin sayı durmadan artır. Qulaqlarına sırğa taxanlar bu gün cəmiyyətdə qaş aldırmağı təbliğ edirlər. Oğlanlar, kişilər arasında saç boyatmaq, bədən şəkilləndirmənin yayılması həm bir sosioloji, həm də psixoloji problem kimi cəmiyyəti təhdid edir. Azərbaycan xalqının adət-ənənəsində, ailə sistemində kişinin xüsusi obrazı var. Amma son illər bu obrazı dağıtmaq istəyirlər. Cəmiyyət olaraq bu mənfi tendensiyaya qarşı mübarizə aparmalıyıq. Kişinin qadın kimi özünə sığal verməsi qəbuledilməzdir. Bunun cəmiyyətdə təbliğ edilməsi mənəvi aşınmaya səbəb olan haldır”.
Şəymən