Məkanın cənnət olsun, əziz dostumuz Vadim!

Sənə və səninlə birgə şəhid olmuş qardaşlarımıza Allahdan rəhmət diləyirəm.
Sən II Qarabağ müharibəsində də gizir kimi iştirak etdin, yaralandın. Amma yenə sıraya qayıdıb Vətənin Qələbəsini möhkəmləndirmək üçün xidmətini davam etdirdin.

İgid, cəsur döyüşçü idin.
Gözəl ailə başçısıydın.
Sədaqətli dost idin.
İndi isə şəhidlik zirvəsinə yüksəldin.
Əbədiyyətə qovuşdun.
Qəlblərdə özünə möhtəşəm heykəl qurdun.
Məzarın ziyarətgaha çevrildi...

 Söz yox, qanınız yerdə qalmadı, qisasınız elə anındaca alındı; düşmən tərəf qat-qat artıq itki verdi. Ancaq mənfur düşmənin yüzü, mini sizin bir dırnağınıza da dəyməzdi.

 Başınızı dik tutun, şəhid ataları!
Ovunun, şəhid anaları!
Övladlarınız qanları ilə tarix yazdılar.
Canları bahasına torpağı Vətənə çevirdilər.
Müsbət əxlaq, saf əqidə nümunəsi oldular.
Kəfənləri bayraq oldu.
Onlar Allah dərgahında əbədi diri olacaqlar.

 Dostlar adından:

Röyal Məmmədov
Ceyhun Rüstəmov