Şəhid Murad Rəsulov son mənzilə yola salınır

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 22 yaşlı leytenant Murad Rəsulovun nəşi ailəsinə təhvil verilib.
Oxu.Az xəbər verir ki, hazırda Şabran şəhərində şəhidlə vida mərasimi keçirilir.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Şabran İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasimdən sonra şəhid Şabran Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid M.Rəsulov Hərbi akademiyanı (red. Hərbi İdarəetmə İnstitutu) bitirib.