Şəhid İsmayıl Budaqlı Sabirabadda dəfn edilib

Şəhid İsmayıl Budaqlının nəşi torpağa tapşırılıb.
“Report”un Aran bürosunun məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhadətə ucalan, 24 yaşlı
Budaqlı İsmayıl Məhərrəm oğlunun nəşi doğulduğu Axtaçı-Muğan kəndinə gətirilib.
Şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin yaxınları, rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyətin
nümayəndələri iştirak ediblər.
Şəhid İ.Budaqlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!