Ermənistan əsgərinin meyiti tapılıb


Ermənistanın Sünik rayonunun Noravan kəndi yaxınlığındakı sərhəd müşahidə məntəqəsində baş vermiş yanğın söndürülən zaman əsgər meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sünik Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Noravan kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin rayon Fövqəladə Hallar və Təbii Sərvətlər Nazirliyinin Dövlət Yanğından Mühafizə Bölməsi hadisə yerinə yollanıb.

Ərazidə yanğınsöndürənlər və xilasedicilər tərəfindən əsgərin meyiti aşkarlanıb.