Üzüm çəyirdəyinin həddən ziyadə faydaları var
Mütəxəssislər üzüm çəyirdəyinin damar genişlənməsinə qarşı həddən ziyadə faydalı olduğunu bildirirlər.
Üzüm çəyirdəyi linol, palmitin, sitearin və digər yağ turşuları ilə birlikdə, xüsusilə antiaging E vitamini və müxtəlif mineralları özündə cəmləşdirir.
Üzüm çəyirdəyi güclü antioksidantlar baxımından və oligomerik proantisianidin kompleksleri (OPCS) baxımından zəngindir (polifenol). Bu məhsul xərçəng hüceyrələrini məhv etməkdə kimyaterapiyadan daha səmərəlidir.
Qan damarlarını gücləndirir, Makula degenerasiyası (gözün tor qişasının xəstəliyi) və gecə korluğuna qarşı qoruyucudur: Hansı ki, bu cür göz xəstəliklərinin profilaktik terapiyasında öməmli olan A, C və E vitaminləri, lutein və sink üzüm çəyirdəyinin tərkibində vardır.
Histaminin ifrazını azaldaraq, allergiyanı önləyir. Odur ki, üzümü çəyirdəkləri ilə bərabər (əzərək) yeyin. Və ya çəyirdəkləri üyüdülərək toz şəklinə salınaraq su, bal və ya kefirlə qəbul edilir.
Tərkibindəki kollagen və resveratrol qırışlara qarşı mübarizədə çox mühüm rola malikdir. Bu səbəbdən üzüm çəyirdəyinin yağından istifadə etmək olar.