Saçları sayəsində məşhurlaşdı - FOTO

Mərakeş-Çex mənşəli bloger Anisa Soyka saçları sayəsində instaqramda böyük populyarlıq qazanıb.

 Digər influserlərdən fərqli olaraq o, kamera qarşısında üzünü yox, saçlarını reklam edir. Çünki onun əsas qüruru və dünyadakı milyonlarla qızın paxıllıq obyekti - saçlarıdır.

Londonda yaşayan 31 yaşlı Anisa Soyka öz zərgərlik brendini istehsal edir və sosial mediada moda, əyləncə və dünya səyahəti barədə bloqlar yazır. Amma o, geniş auditoriyasını səyahət qeydləri ilə deyil, qalın, ipək və parlaq saçları ilə fəth edib. Bundan sonra bloqunu yalnız saçlarına həsr edən Anisa burada saç düzümü ilə bağlı video dərsləri paylaşmağa və heyrətamiz saçlarının sirlərini açmağa başladı. Onun sözlərinə görə, saçlarını ideal vəziyyətə gətirməyə bir ildən çox vaxt sərf edib.

Məhz öz paylaşımlarının birində Soyka saçlarının ayda 7 santimetr uzanmasına kömək edən bir üsulu danışıb. Bunun üçün o, düyü suyundan istifadə edib, onun hazırlanması isə 3 gün çəkir.

Bloger sözlərinə əlavə edib ki, onun metodu hər kəs üçün uyğun olmaya bilər, çünki məhsul saçları çox qurudur. Soyka ilk dəfə üçün düyü suyunu 20 dəqiqə çəkməyi tövsiyə edir, sonra onun saçın vəziyyətinə necə təsir etdiyinə baxmalısınız. Lazım gələrsə, möcüzəvi məhsulun istifadə müddəti və tezliyi azaldıla bilər. Anisanın özü isə düyü suyundan həftədə bir dəfə istifadə edir.

1. Bir stəkan basmati düyüsünü 3 stəkan soyuq suda isladın və 5-10 dəqiqə saxlayın.

2. Düyünü süzüb suyunu ayırın.

3. Düyü suyuna bir portağal qabığını əlavə edin. Anisa bu prosedura əməl etməyi qətiyyətlə tövsiyə edir, çünki bu yolla məhsuldan gələn xoşagəlməz qoxunu aradan qaldıracaqsınız.

4. Düyü suyunu qızdırıb orta istilikdə 15 dəqiqə bişirin, hərdən qarışdırın.
Ətraflı
Ad - 00:18

5. Yaranan bulyonu şüşə bankaya tökdükdən sonra portağal qabığını əlavə etməyi unutmayın.

6. Düyü suyu soyuyanda bankanın ağzını bağlayın və 2-3 gün qaranlıq yerdə saxlayın.

7. 3 gündən sonra bankanı çıxarın və yaxşıca silkələyin, sonra rahat spreyli bir qaba tökün.

8. Banka soyuducuda bir həftə saxlanıla bilər.

9. Yuyulmazdan əvvəl baş dərisinə və saça düyü suyu çəkin, diqqətlə masaj edin.

10. Düyü suyunu saçınızda 1-3 saat saxlayın. Bu qədər vaxtınız yoxdursa, 20 dəqiqə də kifayətdir.

11. Yuma prosesində qalan düyü suyunu başınıza tökün və saç köklərini 1 dəqiqə masaj edin.

12. Sonra saçınızı adi şampunla yuyun və uzunluğu boyunca balzam çəkin. (publika.az)