Azərbaycanda savadlı kadrlarmı? - Fikirlər haçalandı - ÜZ-ÜZƏ

Ulucay Akif: "Adicə müxbir vakansiyasına düz-əməlli işçi tapmaq olmur, Allah haqqı yoxdu, Quran haqqı yoxdu" 

Novella Cəfəroğlu: "Azərbaycanda savadlı kadrlar  var, amma iş tapa bilmirlər”

“Həmin şəxsləri  axtarıb tapan , üzə çıxaran yoxdur. Başlıca problem budur"


 "Kulis.az"ın baş redaktoru, yazıçı Ulucay Akif  "Facebook" hesabında ölkəmizdə savadlı kadrların olmamasından şikayətlənib. Baş yazar məhz buna görə də hamının işsizlikdən gileyləndiyini diqqətə çatdırıb: " Bəladı bu bəla, faciədir. Əksəriyyəti təhsilsiz, təhsili olan savadsız, savadı olan məsuliyyətsiz, məsuliyyəti olan isə qeyri-peşəkardır. Adicə müxbir vakansiyasına düz-əməlli işçi tapmaq olmur. Çox şey də gözləmirsən e, hərfləri tanısın, cümlə qura bilsin, bir az da təfəkkürü olsun, analiz edə bilsin. Yoxdu. Allah haqqı yoxdu, Quran haqqı yoxdu". 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu U.Akifin diqqət çəkdiyi problemlə bağlı "Sherg.az"a danışarkən bildirib ki, ökəmizdə kifayət qədər savadlı kadr var. Sadəcə olaraq onlar iş tapa bilmirlər:
"İndi sərbəstlikdir. Hər kəs istədiyi yerdə çalışa bilər. Bir çoxları yaxşı təhsil alsalar da, ölkədə özlərini görmək istədikləri yeri tapa bilmirlər. Buna görə də güclü kadrların bir qismi ölkəni tərk edib gedirlər. Onları axtarıb tapan , üzə çıxaran  yoxdur. Başlıca problem budur".