"İstehlakçını cəlb etmək üçün məhsullara müxtəlif diqqətçəkən adlar qoyulur".
Bu sözləri "Sherg.az"a Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Ekspertin sözlərinə görə, ona bu yaxınlarda analoji faktla bağlı şikayət ünvanlanıb:
"Xarici vətəndaşlar Azərbaycanda açdıqları restoranın adını "İkinci arvad" qoyurlar. Öyrəndik ki, başqa ölkələrdə də fəaliyyət göstərən restoranlar şəbəkəsidir. İndi də Azərbaycanda edirlər.
Biznes sahibləri, istehsalçılar alıcı cəlb etmək üçün hər cür fəndlərə əl atırlar.
“Zəfər” adı ilə sosislərin satışa çıxarılması da bu baxımdan normaldır. Lakin başqa istehsalçı adı mənimsəməsin deyə onu dövlət qeydiyyatına aldırmaq məqsədəuyğundur".
Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması və 8 noyabrın Zəfər günü kimi elan olunmasından sonra "Zəfər" isimi xeyli artıb. Artıq hətta sosislərin üzərində belə sözügedən ada rast gəlirik.