Sərhəddə heç bir demilitarizasiya zonası yaradılmayacaq

Son addımlar Azərbaycanı radikal addımlar atmağa sövq edə bilər!

  "Üçtərəfli Bəyanat ilə Ermənistan üzərinə öhdəliklər götürüb. Müvafiq dövlətlər ya İrəvanı vadar etməlidirlər, ya da rəsmi Bakı özü bildiyi kimi hərəkət edəcək". Bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Analitik bildirib ki, Paşinyan nəinki Ermənistan-Azərbaycan sərhədində, eyni zamanda Qarabağ ətrafında demilitarizasiya zonası yaratmağı təklif edir: 

"Azərbaycan-Ermənistan sərhədində heç bir demilitarizasiya zonası yaradılmayacaq. Ordumuz olduqları yerdə qalacaqlar. Paşinyan belə hiylələrlə ancaq özünü aldada bilər. Qarabağda demilitarizasiya zonası yaratmaq təklifi o deməkdir ki, Ermənistan Xankəndi və ətraf şəhərlərdən erməni hərbi birləşmələrini çıxartmaq istəmir. 

Paşinyanın fikrincə, Qarabağın dağlıq hissəsində yerləşən silahlılar Ermənistan ordusunun üzvləri deyil və o bunu Praqada bildirib.

 Burada da Nikolun işbazlıqla məşqul olduğunu görürük. Xankəndidəki erməni silahlılarını bölgədə yaşayan ermənilərin Azərbaycan tərəfindən "soyqırıma" məruz qalmaması üçün vacib hesab edən və onları "özünümüdafiə ordusu" adlandıran Ermənistan yeni müharibəni tezləşdirir. Yaxşı olar ki, Paşinyan və Vaşinqtonda, Brüsseldə, Praqada, Soçidə iştirak edən vasitəçilər üçtərəfli bəyanatda "erməni hərbi birləşmələri" və ya Ermənistan hərbi birləşmələri yazıldığına diqqətlə baxsınlar. 

Son addımlar Azərbaycanı radikal addımlar atmağa sövq edə bilər! Görünən odur ki, 4 dövlətdən müəyyən siyasi, mənəvi və hərbi dəstək alacağına ümid edən Nikol danışıqlar prosesində sözünü tutmaq istəmir. Elə isə saqqalından yapışacaq erməni vətəndaşlarını gözləsin".