Tovuzda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
O bildirib ki, noyabr ayının 11-də 15 yaşlı qızın qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirib və müəyyən edilib ki, Şəmkir rayon Kür qəsəbə sakini, 2007-ci il təvəllüdlü A.Qasımova (ad soyad şərtidir) Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü E.Mehdiyev ilə görüşüb və könüllü şəkildə qaçıblar.
Polis əməkdaşları onların yerini müəyyən edərək gənc qızı valideynlərinə təhvil veriblər.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
12:24
Tovuz sakini nəvəsinin oğurlanması ilə bağlı polisə müraciət edib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1958-ci il təvəllüdlü A.H. rayon polis şöbəsinə ərizə ilə müraciət edərək nəvəsi, 2007-ci il təvəllüdlü Gülşənin (şərti) qaçırıldığını bildirib.
O əlavə edib ki, hadisə noyabrın 11-də gecə saat 1 radələrində baş verib.
Şikayətçi nəvəsinin evlənmək məqsədilə qaçırıla biləcəyini qeyd edib.
Müraciətlə bağlı araşdırma aparılır.