Lavrovun Balidə xəstəxanaya yerləşdirilməsi xəbərinə reaksiyası - YENİLƏNİB + VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun G20 sammitinə getdiyi Bali adasında xəstəxanaya yerləşdirilməsinə sözçüsü Maria Zaxarova reaksiya verib.
O, Lavrovun yanından video paylaşaraq onun xəstələnmədiyini bildirib.
Lavrov da öz növbəsində qeyd edib: “Bizim prezidentimiz haqqında da 10 ildir xəstə olduğu deyilir. Bu, siyasətdə yeni olmayan oyundur”.
Xatırladaq ki, İndoneziya rəsmilərinə istinadla Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbəri yayılıb.

 

13:32

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitinə getdiyi Bali adasında xəstəxanaya yerləşdirilib.

O, Rusiya Prezidenti Vladimir Putini sammitdə təmsil etmək üçün bazar günü Baliyə gedib.

İndoneziya rəsmiləri şərh verməsələr də, Lavrovun ürək xəstəliyi səbəbilə xəstəxanaya aparıldığı xəbəri yayılıb.

Mənbə: Associated Press