Bakıda işçilərin pulları oğurlanıb

Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında otaqların birində orada işləyən beş nəfərin 1 000 manata yaxın pulu və mobil telefonları qeyri-aşkar şəraitdə oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini Nadir Ağamalıyev müəyyən olunaraq saxlanılıb.  
Araşdırma aparılır.