"Alkoqolizmin ilk əlamətləri ölçü hissinin itməsidir".
Bu barədə Lenta.ru-ya rusiyalı psixiatr-narkoloq, narkoloji müalicə və psixiatriya klinikasının rəhbəri Ruslan İsayev məlumat verib.
"Birinci mərhələdə nə xəstənin özü, nə də yaxınları, bir qayda olaraq, problemi görmürlər. Bu mərhələdəki insan sosial cəhətdən aktiv olur, işə gedir və ya təhsil alır, səhərlər baş ağrıları hiss etmir. Lakin tədricən insan ölçü hissini itirir və daha çox spirtli içki qəbul etməyə başlayır. Bu, alkoqol asılılığının ilk mərhələsinin başlanğıcını göstərir", - həkim bildirib.
Psixiatr alkoqolun dozasının tədricən artırılması, insanın içmək üçün yeni səbəb gözləyərək yaşaması, həmçinin alkoqoldan istifadə etmədikdə narahatlıq və aqressiyanın yaranması kimi əlamətlərə də diqqət çəkib.
"İlk stəkandan sonra spirtin cazibəsi əhəmiyyətli dərəcədə artır - insan getdikcə daha çox istəyir. Kiçik yaddaş pozğunluqları da müşahidə olunur", - həkim xəbərdarlıq edib.
Eyni zamanda, İsayevin qeyd etdiyi kimi, içkidən asılı olanlar hər an içməyi dayandıra biləcəyinə əmindirlər. Onlar bir müddət içməyə, lakin əlverişli bəhanə ələ düşən kimi pis vərdişlərinə davam edə bilərlər.