Şahmatda zəka, yoxsa əzm daha önəmlidir? -ARAŞDIRMA

Ağıl və qətiyyət birlikdə uğur gətirir

  Şahmatda uğur təkcə zəka ilə məhdudlaşmır. İntizamla işləmək və düzgün məşqçi ilə irəliləmək zəkanı tamamlayan elementlərdir. Ağıl və qətiyyət birlikdə uğur gətirir.
İntellekt, ən ümumi tərifində, həll yolu tapmaq bacarığı və öyrənmək qabiliyyəti kimi müəyyən edilir. 
  "Sherg.az" xəbər verir ki, bir çox elm adamı uğur qazanmaq üçün ağıl və istedadın əvəzsiz olduğunu iddia edir. Lakin bu fikirlə razılaşmayanlar da var. Macarıstanlı təhsil psixoloqu Lazio Polqar, uğur üçün zəka və istedaddan çox zəhmətin vacib olduğunu irəli sürür.
Polqar bu tezisi sübut etmək üçün şahmatda təcrübəyə başladı. O, qızlarını şahmata yönəltdi və xüsusi təlim proqramı həyata keçirdi və nəticədə Polqar bacıları dünyasəviyyəli şahmat ustası oldular. Bu təcrübə qətiyyətlə işləməyin zəka qədər təsirli ola biləcəyini göstərmək məqsədi daşıyırdı.
  Malkolm Qledvelin "Outliers" kitabı ilə məşhurlaşan 10.000 saat qaydası zəkadan daha vacib olanın zəhmət olduğunu vurğulayır. Məsələn, Bobbi Fişer və Joshua Veitzkin kimi adlar kiçik yaşlarında başladıqları nizam-intizamlı işlərlə şahmatda böyük uğurlar qazanıblar. Bununla belə, intellekt faktorunu tamamilə nəzərdən qaçırmaq olmaz. Fişerin yüksək IQ səviyyəsi kimi nümunələr göstərir ki, intellekt də uğurda rol oynayır.
  Şahmatda uğur qazanmağın yollarından biri nizam-intizamlı işləməkdir. Yaxşı məşqçi idmançının səviyyəsinə uyğun məşq proqramları hazırlayaraq, idmançıların potensialını ən yaxşı şəkildə üzə çıxara bilər. Bundan əlavə, idmançıların nizam-intizamlı və davamlı işi uzunmüddətli perspektivdə uğur qazanmasında əsas rol oynayır.
Şahmatda zəka və zəhmətin tarazlığı uğuru şərtləndirən amillərdəndir. Zəka anadangəlmə qabiliyyət ola bilər. Ancaq bu qabiliyyətlər intizamlı iş ilə inkişaf etdirilə və uğura çevrilə bilər.