Dovşan ilində bizi nələr gözləyir? – Qeyri-adi izah

"Hər ilin numaroloji işarəsi var.  Qarşıdan gələn 2023-cü il rəqəmlərin birləşməsində yeddini təşkil edir"
Bunu "Sherg.az"a açıqlamasında astroloq, metafizik Məryəm Teymur qarşıdan gələn dovşan ilinin hansı yeniliklər gətirəcəyindən danışarkən deyib.
O söyləyib ki, yeddi rəqəmi mənəvi yüksəlişin simvoludur və onun talismanı taleyin arabasıdır:
"Yeddi rəqəmi sevgi və romantikadır. Yeddi kodu olan bütün illərdəki evliliklərə tanrı tərəfindən xeyir dua verilir. Bu ildə parlaq və istedadlı uşaqlar dünyaya gəlir. Həmçinin istənilən biznes üçün də əlverişli başlanğıcdır. Qərb astroloji təqviminə görə 2023-cü ildə də 2020-ci ildə baş verən dəyişmə tendensiyası davam edəcək. Ümumiyyətlə, bu ildə mühüm qərar qəbul etməzdən əvvəl planetlərin hərəkətlərini öyrənmək məsləhətdir".

M.Teymurun sözlərinə görə Şərq təqvimində 2023-cu il qara su dovşanı və ya pişik ili kimi götürülür:

"Bu heyvanların ümid, firavanlıq və məhsuldarlıq vəd etdiyinə inanılır. Çin ənənəsində su uzunömürlülüyü və sülhü təmsil edir. Dovşan isə sayıqlıq, ağıl, çeviklik və özünü müdafiə etmək rəmzidir. Ümumiyyətlə, beş element dovşan ili olur. Bu il su dovşanı ilidir. O dostdur və müxtəlif mühitlərə asanlıqla uyğunlaşır. Çin astrologiyasına görə dovşan ilində doğulanlar mülayim, sakit, sayıq və çox məsuliyyətli insanlar olurlar. Onlar tez-tez məsuliyyətdən qaçmağa meyilli olsalar da, ətrafındakılara sadiq olurlar. Əslində su dovşanı ili 22 yanvar 2023-cü ildə başlayacaq və 9 fevral 2024-cü ildə başa çatacaq. Bu ilin uğurlu rəngləri ağ, qara, mavi, yaşıl və qəhvəyidir. Dovşan rəmzini isə istədiyiniz bir yerdə və ya pulun üstündə yerləşdirməyi unutmayın”.