"2023-cü il aclıq və qıtlıq ilidir. 2022-ci ilin müharibə və aqressiya ili olacağını demişdim. 2023-cü il sənaye və kənd təsürrüfatı üçün uğurlu il olmayacaq".
"Sherg.az" xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev deyib.
O bildirib ki, Rusiya hərbi konfliktinə 2023-cü ildə möhür vurulmalıdır:
"Rusiya ətrafı dövlətlər - İran və Qazaxıstan üçün rahat il olmayacaq. Qazaxıstanda və İranda ölkədaxili mitinqlər, hərbi müdaxilələr istisna olunmur. 2023-cü ilin fevral, mart, noyabr dekabr ayları Ermənistanla Qarabağ məsələsi barədə qığılcımlar ola bilər. İrimiqyası müharibə gözlənilmir. Azərbaycanda müəyyən müəssisələrin birində yanğın baş vermə ehtimalı var. Zavod və yaxud fabrik olduğunu deyə bilmirəm, amma yanğın ehtimalı böyükdür. Azərbaycan iqtisadiyyatı, dövlət üçün uğursuz il keçməyəcək. Sakit, standart il olacaq. Bədbin hadisələr görmürəm. 2023-cü il 2022-ci ildən çox fərqlənmir. Avropa ilə kosmosla bağlı uğursuzluq yaşanacaq, kosmik qəza ehtimalı mümkündür. Həmçinin Şimali Koreya üçün uğurlu il sayılmır. Türkiyədə yeni terror aktı törədilə bilər. Allah xalqımızı, Türkiyəni qorusun".