Vasif Talıbov baş redaktorun Milli Məclisə yolunu necə bağlayıb? - Detallar açıldı


"Naxçıvan Ali Məclisi sədrinin müşaviri vəzifəsini daşıyırdım, 4 saylı Babək-Şahbuz seçki dairəsindən (indiki 5 saylı Babək-Şahbuz seçki dairəsi) Azərbaycan Milli Məclisi üzvlüyünə  namizədliyimi irəli sürdüm".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev öz feysbuk hesabında yazıb. Baş yazar qeyd edib ki, həm Naxçıvan Ali Məclisində  işlədiyinə,həm də Naxçıvan televiziyasında siyasi şərhlər verdiyinə ,eləcə də ümumi Azərbaycan mediasında mütəmadi çıxışlar etdiyinə görə  az-çox tanınıb:

"Babək və Şahbuz rayonlarının 60-a yaxın kəndində seçicilərlə canlı görüşlər keçirdik, çox fəal kampaniya apardıq .9 namizəd-iddiaçı idik.O zamankı seçki qaydalarına görə seçki ikinci  mərhələyə də qala bilirdi.İlk səsvermə dəqiqələrindən məlum oldu ki, bütün icra orqanlarına Rza İbadovun qələbəsini təmin etmək tapşırığı verilib.Buna baxmayaraq ,Rza ilk turda yetərli səs toplaya bilmədi.Səs sayına görə Rza 1,Hacı İbrahim 2,mən 3-cü yeri tutduq. Hacı İbrahim ikinci turdan imtina etdi.Qanuna görə ikinci tura mənimlə  Rza İbadov qalmalı idik.Rza məni 2-ci turda iştiraka  razı salmaq üçün hər şey etməyə hazır idi.Ancaq dedim ki,mən nəticəsi bu başdan bəlli seçkiyə qatılmaq və kiməsə belə qələbənin qürurunu yaşatmaq istəmirəm.Beləliklə,hamı Rza İbadovla seçkiyə rəqib kimi qatılmaqdan imtina etdiyi üçün onunla ikinci tura 9-cu yeri tutmuş o zaman Şahbuz rayon icra hakimiyyətində işləyən bir məmur xanımı razı sala bildilər.Qanuna görə , ikinci tura rəqib kimi heç kim qalmasaydı ,birinci mərhələnin yekunları ümumiyyətlə ləğv olunmalı idi.Beləliklə, işləri düzüb qoşaraq Rza İbadovu deputat seçdirdilər.Bütün bu proseslərin "dahiyanə təşkilatçısı"isə o zaman Naxçıvan Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə müavini Vasif Talıbov oldu....
Seçkilərdən sonra soruşdum ki, niyə mənə maneələr yaradıldı,bunu öncədən də demək olardı ki, seçkiyə qatılma.Cavabı belə oldu-Sənə deyilsə ki,iclasların birində Milli Məclisin sədrini kəskin tənqid etmək lazımdı,edəssənmi? Dedim axı ,Milli Məclisin sədri Heydər Əliyevin komandasında ikinci şəxsdir,niyə vurulmalıdır ki? Dedi,bax görürsən,sən suallar verirsən,ancaq Rza sual vermir və  icra edir....".Vasif Talıbovun məndən önə çıxardığı Rza İbadovun sonrakı taleyini isə yəqin ki ,bilirsiniz.
O vaxtdan uzun illər parlament seçkilərinə yaxın getmədim,ikinci və son dəfə isə  2005-ci ildə seçkiyə qatıldım və bununla da karyeramda seçki səhifəsini bağladım. Ancaq yenə də Talıbova münasibətdə qisasçılıq hisləri ilə yaşamıram. Tanrının bəxş etdiyi şəxsi keyfiyətlərimə söykənib  yorulmadan yoluma davam edirəm".