Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər - YENİLƏNİB + FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 10 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik və 9 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib. 
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 28 avtomobil maneəsiz hərəkət edib.
13:03
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 16 təminat və təchizat avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 4 minik və 12 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. 
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 
11:00
“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 18 avtomobil maneəsiz hərəkət edib.