Həmas lideri Sinvar öldürülüb: DNT nümunələri təsdiqlədi

Ötən gecə İsrail ordusu HƏMAS-ın yeni lideri Yəhya Sinvarın öldürüldüyünü açıqlayıb.

Sherg.az xəbər verir ki, Sinvarın əsir düşmək və ya ölümdən yayınmaq qabiliyyəti İsrailin oktyabrın 7-də başlayan müharibədə tam miqyaslı qələbə qazanmasına mane olurdu.

İsrail ordusu 7 oktyabr hücumlarını planlaşdıran və müharibə boyu Qəzzada gizlənən HƏMAS liderini bir ildən çox idi ki, axtarırdı.

Ordu rəsmi X hesabında "Eliminasiya: Yahya Sinvar"ı paylaşıb.

Daha sonra İsrailin xarici işlər naziri Yisrael Katz açıqlama verib: “Həmas lideri Yəhya Sinvar vəfat edib”.

61 yaşlı Yəhya Sinvarın vaxtının çox hissəsini bir qrup mühafizəçi və israilli girovlarla Qəzza zolağının altındakı tunellərdə keçirdiyi bildirilir.

İddiaya görə, oktyabrın 16-da Qəzzanın cənubunda patrulluq edən İsrail əsgərləri təsadüfən Sinvarla qarşılaşıblar.

İsrail Müdafiə Qüvvələri 828-ci Bislamach Briqadasının bir hissəsinin Rəfahın Təl əl-Sultan bölgəsində patrul apardığını bildirib.

Bu patrul zamanı ərazidə üç HƏMAS üzvü aşkarlanıb və qarşıdurma baş verib.

Həmin mərhələdə diqqətəlayiq heç nə görülməyib və əsgərlər cümə axşamı səhərə qədər hadisə yerinə qayıtmadılar.

Daha sonra cəsədlərə baxış keçirilərkən onlardan birinin HƏMAS liderinə çox bənzədiyi görülüb. Əsgərlər Sinvar olduğu düşünülən şəxsin cəsədindən nümunə götürərək müayinə üçün İsrailə aparıblar.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari, qüvvələrinin "Sinvarın orada olduğunu bilmədiyini, lakin əməliyyatı davam etdirdiklərini" söyləyib.

Yayımlanan görüntülərdə Sinvarın yeri pilotsuz uçan aparatla müəyyən edildikdən sonra hücuma məruz qaldığı görünür.

İsrail ilk dəfə cümə axşamı yerli vaxtla günortadan sonra Sinvarın Qəzzada öldürülməsi ehtimalını "araşdırdığını" açıqlayıb.

İsrail Ordusu Radiosu vizual sübutların Sinvarın öldürülənlərdən biri olduğunu və DNT testlərinin davam etdiyini bildirib.

Ordu daha sonra Sinvara aid olduğu deyilən cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinin tamamlandığını və təsdiqləndiyini açıqlayıb.

İsraildə Sinvarın İsrail həbsxanasında olduğu müddətdə götürülmüş DNT nümunələri var.

Sinvar hədəfə alınan əməliyyatda öldürülməsə də, İsrail qüvvələri həftələrdir ki, kəşfiyyat məlumatlarının Sinvarın varlığını göstərdiyi bölgələrdə əməliyyatlar apardıqlarını iddia edirlər.

İsrailin "Haaretz" qəzeti bu yaxınlarda yazıb ki, İsrail son aylarda Sinvarın gizləndiyi güman edilən ərazilərdə tunelləri bombalayıb.

HƏMAS-ın sonuncu lideri ələ keçirilmədən bir ildən çox Qəzzaya rəhbərlik edə bilib.

İsrailin baş naziri Benyamin Netanyahu Sinvarın öldürülməsi ilə bağlı bunları deyib: "Həmas Qəzzəyə hakim olmayacaq. Bu, Qəzza xalqının tiranlığa qarşı qurtuluşu üçün bir fürsətdir" bəyanatınə verib.

HƏMAS lideri Yəhya Sinvar sui-qəsd nəticəsində öldürülən İsmayıl Haniyənin yerinə seçilib.

Kembric Universitetində Yaxın Şərqdə beynəlxalq münasibətlər mövzusunda mühazirələr oxuyan Roxane Farmanfarmaian Əl-Cəzirə ilə söhbət edib.

Farmanfarmaian Yəhya Sinvarı əvəz edə biləcək bəzi mümkün liderlərin ondan daha sərt ola biləcəyini irəli sürüb edib.

Sinvarı əvəz edə biləcək ad isə hələ bilinmir.