Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi və avtobuslara yeni fərqlənmə nişanları təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı agentlik yayıb.

"Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanlarının verilməsi prosesi uğurla davam edir. Bu dəfə 26 daşıyıcıya 52 xidmət üzrə fərqlənmə nişanları təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir" , - deyə agentliyin açıqlamasında bildirilir.