Gürcüstanlı səyyahlar Şuşaya gəliblər

Gürcüstanlı səyyahlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəliblər.
"Report" xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişatı ilə tanış olacaq, Şuşa qalasına və Cıdır düzünə səfər edəcəklər.
Səyyahlar qədim Azərbaycan şəhərinin tarixi haqqında ətraflı məlumatlandırılacaqlar, həmçinin Xurşidbanu Natəvanın ev-muzeyini, Molla Pənah Vaqifin məqbərəsini, "Xan qızı Bulağı"nı və digər tarixi-mədəni görməli yerləri ziyarət edəcəklər.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

17:02
Gürcüstanlı səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
"Report" xəbər verir ki, 30 nəfərdən ibarət səyyah qrupu regionda aparılan tikinti-bərpa işləri, tarixi abidələrlə tanış olacaq, həmçinin Ermənistanın işğal illərində törətdiyi dağıntıların və vandalizm aktlarının şahidi olacaqlar.
Səfərin ilk günündə turistlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə yollanacaqlar. Oktyabrın 18-də Ağdam şəhərinə səfər olacaq.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.