"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.
Söhbət özbəkistanlı Casurbək Cəlaleddiovdan gedir.
Bu gün "kimyaçılar"ın izlədiyimiz məşqində o da yer alıb.
22 yaşlı futbolçunun son klubu ölkəsinin "Neftçi" komandası olub.
Qısa müddət Rusiyada legioner həyatı yaşamış yarımmüdafiəçinin karyerası daha çox vətəninə bağlıdır.
"Bunyodkor"un yetirməsi yerli "Andjon", "Loko Taşkent" və "Olimpik" klublarında çıxış edib.