Bakı aeroportunda ƏMƏLİYYAT: Hindistanlı saxlanıldı

Bakıda əcnəbinin bank hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846 000 rupinin (təxminən 17 min 681 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.
Araşdırma aparılır.