Aksiya başlayandan Xankəndi-Laçın yolundan neçə avtomobil keçib? - Nazir açıqladı

"Xankəndi-Laçın yolunda davam edən aksiya müddətində 800-ə yaxın ən müxtəlif təyinatlı, əsas da qida məhsulları daşıyan yük avtomobilləri keçid edib".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

XİN başçısı bildirib ki, həmin ərazidən ehtiyacı olan insanların çıxması da təmin edilir: "Guya belə bir ritorika yaradılmışdı ki, ailələr bir-birindən ayrı düşüb və birləşməsi mümkünsüzdür. Bu, tamamilə yanlışdır. Biz tərəfimizdən öhdəlik olaraq humanitar krizisin qarşısının alınması üçün atdığımız addımlar barədə məlumat veririk. Azərbaycan dövlətinin haqlı narazılığının nədən ibarət olmasını da hər kəsin diqqətinə çatdırırıq. Çünki kontekstdən çıxarılmış bir məsələ barədə müzakirə aparmaq düzgün yanaşma deyil".