Sumqayıtda arvadını bıçaqlayan kişi tutuldu - YENİLƏNİB

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan 1964-cü il təvəllüdlü Sevil Quliyevanı bıçaqlamaqda şübhəli bilinən həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Hüseynxanov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbut xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.

14:40
Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.