YETMİŞİ KEÇİRDİN YÜZƏ NƏ QALDI?


Professor Əli Qafqasyalı - 70

Azərbaycanımızın xalq şairi Osman Sarıvəllinin mübarək poetik misrası bu gün 23 yanvarda Əli Qafqazyalının ad gününə necə də yaraşır. Bu kəlam yetmiş yaşı tamam olan müxtəlif sənət peşə sahiblərinə də şamil etsək yerinə düşər. Keçən il 69 yaşı tamam oldu 70-ə keçdi. Bugün isə 70 yaşı tamam olub 80-nə doğru irəliləməkdədir. Xəyalımdan nələr gəldi keçdi Əlibəyli xatirələrim gözümün önündə canlandı hey canlandı. 1987-ci ildə Bakıya gəlməsi, elmi işinin mövzusu ilə əlaqədar Aşıq Mikayıl Azaflı ilə görüşməsi, elmi rəhbər olaraq professor Əzizə Cəfərzadəni seçməsi, Azad Nəbiyevlə, Qəzənfər Paşayevlə, Mustafa İsgəndərzadə, Kamil Nərimanoğlu və neçə-neçə tanınmış alimlərimizlə görüşüb elmi məsləhətlər alması indi də xatirmdə yer almaqdadılr. İllər keçdikdən sonra bu gözəl elmi işini müdafiə etməsi ilə ustad aşığımız Mikayıl Azaflını türk ellərində də tanıtmağa imkanı qazandı. Və bu elmi əsəri nəhayət ki, Türkiyədə böyük tirajla çap olunub şeirsevər Anadolu insanına öz qiymətli töhvəsini bəxş etdi. Bu təmənnasız xidməti qarşısında Mikayıl qağamız da Ərzuruma, Qarsa gəldiyi zaman Azərbaycan sazı ilə öz mükafatını-hədiyyəsini təqdim etmiş oldu. Hal –hazırda evinin bir mübarək guşəsində yaraşıqlığını qorumaqla Türkiyə və Azərbaycan mədəni əlaqələrinin simvolu olaraq yer almaqda, İrandan turandan, Azərbaycandan gələn saz-söz ustaları böyük həvəslə bu sazı çalıb səsləndirməkdədirlər. Bu sazın mübarək sayalı qədəmi sayəsində Əli Qafqazyalı uluslararası  5  aşıq simpzyumunun təşkil olunmasında da möhtəşəm  imzasını atdı. 

Ərzurum Atatürk universitetində müəllimlik fəaliyyəti ilə də çox sevilən alim olduğunu bu qurumda çalışdığım dönəmdə müşahidə etdim. Neçə-neçə tələbələri arasında Bahadır Gücüyütər və Həmzə Qoluqısa da alimlik zirvəsini fəth etmiş olub prufessorluq mərtəbəsinə yüksəldilər. Bütün bu xidmətin təməlində Əli Bəyin xoşməramlı xeyir-duası dayanırdı. Tələbələrinin atası idi dərs zamanı və dərsdən sonra da. Nə ehtiyacı olardısa məsləhətini hətta maddi imkanını belə əsirgəməzdi. Gərəkli olduqda hətta tələbələri yurdlarına maşını ilə götürər, ramazan ayında da yüzə yaxın tələbələrini mütləq iftara dəvət edərdi. Bütün bu məhəbbət Əli Bəyin canından, qanından,insansevərliyindən irəli gəlir. Gələcəyimizin qarantisi olan gənc yeniyetmə tələbələrini cani-dildın sevər, elm yolunda həvəsləndirərək yönləndirərdi. Hətta dərs sırasında Ərzurumun ustad aşıqlarını(Mustafa Ruhani, Aşıq Gülhani, Aşıq Fuad  Çərkəzoğlu, İlqar Cəmiloğlu)dərsə dəvət edər çalıb oxutdurar,canlı olaraq Anadolu aşıq ədəbiyyatını, musiqisini sevdirə biliməyə çalışırdı və buna da nail olurdu. 
2002 ilində Ərzurum Atatürk Universitetində ilk dəfə keçirilən “Növruz bayramı” şənliyinin təşkilindəki fəaliyyəti zamanı sazımla, tarımla bu bayrama qatılmasını uyğun gördü. Və Türk xalqlarının musiqilərinin çalınıb səsləndirmək üçün bir aydan artıq məşqlərə başladıq. İran, İraq, Anadolu, Azərbaycan,  Gürcüstan, Özbəkistan və s. türkdilli xalqların əsərlərini çalıb söyləməklə yanaşı yörəsəl geyimlərinin də olmasını məsləhət bildi. Və şənliyə qatılan hər bir tələbəyə bu milli qiyafətlərlə yanaşı Tük cumhuriyyətlərinin bayraqlarını da əllərində tutmasını qərarlaşdırdı. Dədə Qorqud qiyafətini də bu sətirlərin müəllifinə giydirməsini məsləhət bildi. Bu şahanə novruz bayramı  21 mart 2002-ci il tarixində helikopterin Ərzurum səmasındakı video çəkimi ilə ən yüksək əhəmiyyətini qazanmış oldu. Sonrar bu tədbir SNN kanalında dəfələrlə göstərilməklə, arxivlərində yerini almış oldu. Səmimiyyətimlə etiraf etməliyəm ki, Əli bəyin bu təşkilatçılıq qabiliyyətindəki profesionallığı bir zamanlar xalq  artistimiz, Şuşa vurğunlu Azərbaycanlı bəstəkarımız Süleyman Ələsgərovda və Gaziantep Universiteti “Mavera kongre mərkəzinin” müdiri Fəxri Çepik bəydə də müşahidə etmişdim. Əli bəyin detaylı olaraq nə etdiyini öncə nələr etməsinin vacib olduğunun planını cızar, tələbələri ilə məsləhət-məşvərət keçirər, kongreyə hansı Türk cumhuriyyətlərindən neçə nəfər elm adamları dəvət olunacaq, gəlmək getmək xərcləri də daxil olmaqla, hansı səhnədə çıxışlarını dəqiqləşdirdikdən sonra son qərarını verərdi. 9 – 12 sentyabr 2022 tarixində Binəli Yıldırım adına Ərzincan dövlət Universitetində Türkiyə Mədəniyyət Nazirliyinin, Türkiyə Ağsaqqallar konseyinin və Ərzincan Universitetinin Rektorluğunun qatılımı ilə Əli Bəyin təşkil etdiyi “Beynəlxalq Türk Dünyası Simpoziumuna” 800-dən artıq fərqli ölkələrdən, xüsusən də Türk Cumhuriyyətlərindən dəyərli elm adamları dəvət olunmuşdu. Yüksək səviyyədə olan bu əlamətdar simpozium təbii ki, Əli bəyin bilavasitə təşəbbüsü ilə gerçəkləşdirildiyini Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Hətta simpoziumun bağlanış mərasimində dəvətli qonaqların digər elm adamlarının diqqətinə çatdırılmasını və elan olunmasını anınıqaçırmayan Əli Bəy mikrafonu əlinə alıb bir-bir hər ölkədən dəvətli müsafirlərin adını, soyadını, vəzifəsini məqamını da 15-20 dəqiqə ərzində səbrlə, aramla toplantı iştirakçılarının diqqətinə çatdırmağa nail oldu. Çünki elm adamlarının hansı ölkədən gəldiklərini digər elm adamlarının da bilməsinin vacibliyini uyğun gördü Əli Bəy. 
Əli Bəyin təşkilatçılıq məsələlərinə diqqət ayırmaqda məqsədim hər bir elm adamının işi olmadığını vurğulamaqdayam. Əli Bəy təşkilatçılıq qabiliyyəti ilə yanaşı onun hayatı və elmi fəaliyyətlərini də xalqımıza çatdırmaq istərdim. 
Əli Qafqazyalı 1953-cü ildə Anadolunun Azərbaycanı adlandırılan Qars şəhərində dünyaya gəldi. İlk və orta məktəbi Qarsda oxudu. RizəÖyrətmən Litseyini 1974-cü ildə okul birincisi olaraq fəxri diplomla bitirdi. 1977-ci ildə Bursa Təhsil İnstitutunun Türkçə Bölümündən məzun olduqdan sonra bir müddət Qars, Ərzurum, Rizə, Diyarbakır bölgələrində müəllimlik və idarəcilik vəzifələrində xidmət göstərdi. 1986-cı ildə Mədəniyyət Təhsil Vakfının açmış olduğu məqalə yarışmasında birincilik mükafatı aldı. Əli Qafqasyalı 1987-ci ildə Ermənistan, Azərbaycan, Dağıstan və Gürcüstanda 71 gün mədəni-elmi yaradıcılıq sahəsində tədqiqatçılıq fəliyyətini gerçəkləşdirməklə  əldə etdiyi qiymətli bilgiləri mütəmadi olaraq fəqli qəzetlərdə və jurnallardabir qismini isə kitab olaraq yayınlatdı. 
   1989-1990-cı illərdə Milli Təhsil Nazirliyi tərəfindən “Türk dili və ədəbiyyatı, türk dili qrammatikası, türkcə kompozisyon proqramlarının hazırlanması komissiyası”na təyin edilərək bu vəzifədə çalışdı. 
    1990-cı ildə Atatürk Universiteti Kazım Qarabəkir Eğitim Fakültəsinin bakalavr pilləsində bitirmə proqramlarında iştirak edərək "Türk Dili və Ədəbiyyatı Öyrətmənliyi" alanında bakalavr diplomunu almağa müvəffəq olan Əli Qafqasyalı 20 oktyabr 1990-cı ildə Türkiyə çapında birinci olaraq “Xaricdə Müəllimlik İmtahanı”nı qazanaraq Fransada pedaqoji fəaliyyətini gerçəkləşdirmək üçün dəvət aldı. Bu müddətdə Avropanın müxtəlif şəhərlərində konfranslara qatılan Əli Bəy, hətta  türk mədəniyyəti, incəsənəti və yaxın tariximizdəki erməni vəhşilikləri ilə bağlı bir çox foto sərgilər də açdığını xalqımız üçün bildirmək istərdim. Hətta Paris Səfirliyinin Təhsil Müşavirinin təyinatı ilə Fransada yaşayıb təhsil alan türk gənclərinin faydalanması üçünKollecin son kursudakı tələbələrə görə “Türkcə Əlavə Dərsliyi”n hazırlanması komissiyasında da çalışmışdır. 
1993-cü ildə Türkiyənin Parisdəki səfirliyinin yazılı icazəsi ilə Azərbaycan Dövlət Universitetinin (o dönəmdə Məmədəmin Rəsulzadənin adını daşıyırdı) Milli Elmlər Akademiyasının müxbir üzvü,  Professor Azad Nəbiyev və Professor Əzizə Cəfərzadənin rəhbərliyi ilə Qiyabi Magistr (Extern Master) proqramında aspiranturaya başlamış və 1994-cü il iyulun 23-də “Bakı Dövlət İmtahan Komissiyası”nın keçirdiyi “Avec Mention Excelent” imtahanını uğurla verərək magistr dərəcəsini almağa haq qazanmış Əli Qafqasyalı, uğurlu çalışmalarına görə də  həmin il sentyabrın 17-də "Azərbaycan Milli Yaradıcılıq Akademiyası" tərəfindən "Fəxri Doktor" adını almağa nail olmuşdur. 
Bakı Dövlət İxtisas Komissiyasının qərarı və tövsiyəsi ilə “Mikayıl Azaflının yaradıcılıq yolu”  adlı  elmi  işini  Professor Azad Nəbiyev və Professor Əzizə Cəfərzadənin rəhbərliyi ilə hazırlayıb 1996-cı il mayın 29-da Azərbaycan Elmlər Akademiyasının və Təhsil Nazirliyinin “Vahid, İxtisaslaşdırılmış Şurası”nın iştirakı ilə namizədlik dissertasiyasını uğurla müdafiə edərək, Azərbaycan Ali Atesstasiyasının qərarı ilə  07 oktyabr 1996-cı ildə “filologiya elmləri doktoru” elmi ünvanına layiq görülmüşdür.
      1996-cı ilin sentyabrında Fransadakı pedaqoji-elmi xidmətlərini tamamlayıb Türkiyəyə dönənƏli Qafqasyalı Ərzurum Atatürk Anadolu Texniki Litseyində Türk Dili və Ədəbiyyatı sahəsində müəllimlik fəaliyyətində çalışmışdır. Bununla yanaşı  1997-ci ilin fevralında və 1997-ci ilin aprelində Van və Hakkari valiliklərinin dəvəti və aidiyyatı qurumların qərarı ilə Vanda ictimaiyyət, gənclər, tələbələr və dövlət məmurları qarşısında bölgənin problemləri və çözüm yolları ilə bağlı fərqli konfranslar verərək Hakkari ilə Gürpınar, Başkalə, Yüksəkova, Çukurca və Şemdinli rayonlarında radio və televiziyada bir çox proqramlara aktual mövzularla qatıldı.
      1998-ci ildə hazırladığı layihənin Dövlət tərəfindən qəbulu ilə əlaqədar, İranda elmi tədqiqatlar baxımından dəfələrlə səfərllərdə olmuş Əli Qafqasyalı fərqli coğrafiyalarda  qiymətli bilgilər toplayaraq əsərlərini bir çox qəzet və jurnallarda çap etdirməklə, hətta bir çox mövzularda beynəlxalq konfranslarda da iştirak etmişdir. İrandakı tədqiqatlarının nəticəsi olaraq 2002-ci ildə yayınlatdığı altı cildlik “İran türk ədəbiyyatı antologiyası” adlı kitabını, 2006-cı və 2007-ci  ildə isə işıq üzü görmüş “İran türklərinin aşiq mühitləri”,“İran türk aşıqları və milli kimlik” adlı kitablarını qeyd etməmiz lazımdır. Daha sonrakı dönəmlərdə Əli Bəy bir çox qiymətli kitabların yayınlanmasına da nail oldu. Bunlardan “Qoca Qartal Azaflı”, “Mikayıl Azaflı həyatı, sənəti, əsərləri”, “Qafqazlardan gələn əzan səsləri”,“Azərbaycanın alim qadınlar”, “Çağdaş Azərbaycan qadın sənətkarları”, “İran Türkləri”, “İran coğrafiyasında Türklər”, “Qafqaz Qoçaqları”, “Topal Əsgər”, “Qartallar sərhəd tanımaz”, “Səməd Vurğun”, “Şəhidlər dərəsi” (Nevzat Mansuroğlu ilə birlikdə) adlı əsərlərini qeyd etmək isdərdik.
    2007-ci ildə təşkil olunmuşimtahandan uğurla keçərək “Dossent” elmi adını alan Əli Qafqasyalı Atatürk Universiteti Kazım Karabəkir Eytim Fakültəsi Türk Dili və Ədəbiyyatı Təhsili Bölməsində müəllim və kafedra müdiri vəzifələrində uzun illər səmərəli çalışaraq professorluq elmi adına yüksəlmişdir. 
Xoşbəxt atadır ki, Möminə qızı həkimlik sənətində xidmət etməkdə, Məhəmməd Savaş Kafkasyalı professorluq vəzifəsində, Yavuz Səlim Kafkasyalı dadossent vəzifəsində Türkiyəmizin fərqli ali təhsil qurumlarında çalışmaqdadır. Təbii ki, bu uğurların arxasına Əli Bəyə hər zaman mənəvi dəstək olan Raifə xanımın xidmətlərini də ən başda çəkmək istərdim. Çünki hər başarılı insanın, elm xadiminin arxasında hər zaman ona mənəvi dəstək olan başımızın tacı, cənnət anaların ayağı altında olan xanımı dayandığını hərkəs bilməkdədir. 
2020-ci ildən etibarən ProfessorƏli Qafqasyalı hal-hazırda Ərzincan Binəli Yıldırım Universiteti, Fən və Ədəbiyyat Fakültəsi, Türk Dili və Ədəbiyyatı Bölməsində pedaqoji və elmi fəaliyyətlərini uğurla davam etdirməkdədir. Bu yolda uğurlar və can sağlığı arzulamaqla Osman Sarıvəllinin kəlamı ilə xeyir duamı verməklə 70 yaşını təbrik etməklə Allahdan can sağlığı istərəm:

Heç əlinə alma  əsa,
Yetmiş yaşda batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir. 

 
İlgar Cəmil oğlu İmamverdiyev
Sənətşünaslıq elmləri Doktoru, 
Gaziantep Universiteti, 
Türk Musiqisi Dövlət Konservatoriyasının professoru,