Bakıda tarixi binaya edilən müdaxilə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakının mərkəzində yerləşən qədim binalara müdaxilə edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən binalar daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil:

“Paylaşılan fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir ki, həmin binaya da heç bir müdaxilə edilməyib”.

Qeyd edək ki, ərazidə piyada səkisini zəbt edilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.