Ermənistanın ombudsmanı istefa verib

Ermənistanın ombudsmanı Kristin Qriqoryan istefa ərizəsini bu ölkənin parlamentinə təqdim edib.
“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ombudsman Aparatının sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu qərar onun başqa işə keçməsi ilə əlaqədardır.
Ermənistan mətbuatının məlumatına əsasən, K.Qriqoryan bundan sonra Ali Məhkəmə Şurasında çalışacaq.
Xatırladaq ki, o, ötən il yanvarın 24-də ombudsman vəzifəsinə təyin olunmuşdu.