FHN-in 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşür

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşməsi üçün Beynəlxalq Hava Limanına toplaşıb.

Oxu.Az-ın məlumatına görə, şəxsi heyət yaxın saatlarda Türkiyənin zəlzələ baş verən zonasına yollanacaq.