Türkiyədə daha bir güclü zəlzələ...

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda daha bir güclü zəlzələ olub.
Kandilli rəsədxanasının məlumatına görə, yerli vaxtla 13:25-də baş verən təkanların gücü 7,5 bal, dərinliyi 16,4 kilometr olub.
Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi bundan doqquz dəqiqə sonra isə eyni ərazidə 6 maqnitudalı zəlzələ baş verdiyini bildirib.
Zəlzələnin Türkiyənin bir çox vilayətində hiss edildiyi bildirilir.