Türkiyədə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə PUA-lar cəlb edildi - VİDEO

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) zəlzələ bölgəsinə dəymiş zərərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinə cəlb edilib.
Bu barədə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib. Paylaşımda zəlzələ bölgəsində çalışan PUA-lar əks olunub.  
“Türkiyə Silahlı Qüvvələrimizə məxsus PUA-lar zərər və itkilərin müəyyən edilməsi, həmçinin axtarış-xilasetmə işlərinin koordinasiyası üçün zəlzələ bölgəsində işlərini davam etdirir”, - deyə qeyd edilib.