İran Xoydakı soydaşlarımıza deyil, İdlibə yardım göndərib 

Xoy zəlzələsinin qurbanlarının çadır, yemək və isti paltar çatışmazlığından əziyyət çəkdikləri bir vaxtda İranın Suriyaya göndərdiyi maşınlar İdlib bölgəsində dağıntıların təmizlənməsinə başlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, molla rejimi artıq bir neçə gündür ki, Xoyda zəlzələ nəticəsində evsiz-eşiksiz qalmış və şaxtalı havada acınacaqlı vəziyyətdə olan əhaliyə yardım etmir.