Türkiyədə daha bir neçə zəlzələ olub - YENİLƏNİB + FOTO

Türkiyənin Malatya bölgəsində 5,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
Bu barədə Kandilli rəsədxanasının məlumatında deyilir.
Yerli vaxtla 10:11-də baş verən zəlzələnin dərinliyi 5 km olub.


08:52

Fevralın 6-dan 7-nə keçən gecə Türkiyənin mərkəzində 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Türkiyə vaxtı ilə 06:13-də (07:13-də) qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri Gölbaşı ərazisindən beş kilometr aralıda olub.
Zəlzələnin ocağı iki kilometr dərinlikdə yerləşib.
Ölən və yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Bundan öncə, yerli vaxtla 02:29-da isə Hatayda, Türkiyə ilə Suriya sərhədi ilə Aralıq dənizi sahillərinə yaxın, Yayladağından 50,7 km aralıda zəlzələ olub. Ocağı 44,17 km dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4,4 bal olub.