Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanır

Naxçıvan Muxtar Respublikasında Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə yardım toplanır.
"Report"un yerli bürosu xəbər verir ki, insanlar zəlzələ bölgəsinə isti geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalar göndərirlər.
Qeyd edək ki, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkmiş insanlara yardım məqsədilə muxtar respublika sakinlərinə müraciət ünvanlamışdı.