Müğənni Xatun Əliyeva bu gün vəfat edən din xadimi Hacı Şahin Həsənli ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Sherg.az" xəbər verir ki, ifaçı bu barədə İnstaqram hesabında yazıb:
"Bu üzücü xəbərə necə yandım, yaxıldım?! Allahını tanıyan hər kəs üçün doğma insan idiniz. Sizə o qədər rəğbət bəsləyirdim, heyran idim. Hacı Şahin sevənlərə çox böyük itki oldu. Neçə-neçə insanları pis yollardan çəkindirirdiniz! Elə çıxışlar edirdiniz, elə məqamlara toxunurdunuz və onu o qədər savadlı, səmimi şəkildə diqtə edirdiniz ki, istər-istəməz yolunu azmış bir bəndə də sizə qulaq asırdı. Bu da hər natiqə xas deyildi. Siz seçilmişdiniz. Yenə də Allahın təqdiridir. Ölüm haqdır. Nə edə bilərik?! Allah sizə qəni-qəni rəhmət eləsin. Nurlar içində yatın! Allahın sevimli bəndəsi".