"İlk vaxtlar Şəbnəm Tovuzlu ilə günü 10 manata işləyirdik".
"Sherg.az" xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "7 canlı" verilişində Şəbnəm Tovuzludan danışarkən deyib. O qeyd edib ki, həmin zamanlarda Gürcüstanda bir toyiçi xınaya dəvət alıblar:
"Xınanı aparanda dedim ki:
Əzizim, işin nədir?
Qızıldan dişin nədir?
Sənin öz Həcin var,
Bizimlə işin nədir?.
Bunu dedikdən sonra nə qədər nəmər gəlsə yaxşıdır?! Siz 2000 dollar deyin, mən 3000 min dollar. Möcüzə, inana bilmirdik".