BMT QAK Azərbaycana yeni nümayəndə təyin edib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi dəyişib.
“Report” xəbər verir ki, xanım Bik Lum qurumun Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.
Qeyd edək ki, B.Lum martın 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, martın 31-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlıq və digər məsələlər əsas müzakirə mövzusu olub.