Tanınmış jurnalist AzTV-də işə başladı

Tanınmış jurnalist Vəli Əkbər AZTV-nin “Xəbərlər” redaksiyasının direktoru təyin edilib.
Azpost.info bildirir ki, V.Əkbər artıq işə başlayıb.
Vəli Əkbər 5 il Lider TV-nin ictimai-siyasi proqramlar departamentinin rəisi işləyib. Bu televiziyadan ayrılandan sonra, AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə rəhbərliklə aralarında yaranmış fikir ayrılığı səbəbindən vəzifəsindən azad olunub.
Ondan sonra “Türkel” və “Region TV”-nin Xəbər Departamentinin rəhbəri vəzifəsində çalışıb.