Tahir Kərimli təklif verdi:"Dövlət kasıblar üçün aptek açsın”

Parlamentin dünənki iclasında çıxış edən millət vəkili Tahir Kərimli maraqlı təklif verib. O, deyib ki, dövlət kasıblar üçün aptek açsın. 
 Deputat bildirib ki, dərmanların qiymətləri çox bahadır:
"Həmkarlarımın bu barədə fikirləri ilə tam razıyam. Bir dəfə eşitmədik ki, Tarif Şurası qiymətləri aşağı salıb. Ancaq qaldırmaqla məşğuldur. Təklif edirəm ki, dövlət aptek açsın, dərmanları ucuz satsın. Deyirlər ki, dərmanlar ona görə bahadır daşıma xərci, ödənişlər çoxdur. O zaman dövlət kasıb təbəqəni düşünməli və apteklər açmalıdır. Dərmanları da kasıb təbəqənin büdcəsinə uyğun qiymətə satmalıdır”.